“Türkün inancı, tarixin qazancı” xalçasının təqdimatı

27 sentyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində “Türkün inancı, tarixin qazancı” adlı xalçanın kəsim mərasimi keçirildi. Qeyd edək ki, 2-3 iyun tarixlərində Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə I Beynəlxalq “Türk dünyasının ortaq dili − naxışlar” adlı simpozium keçirilmişdir.

Simpoziumun simvolu olan xalça muzeyin xalçaçı-rəssamı Taryer Bəşirovun eskizi əsasında, muzeyin toxucuları tərəfindən toxunmuşdur. Mərasimdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Haluk İpek, TürkPa Baş katibi Jandos Asanov çıxış etmiş və mərasim xalçanın kəsimi ilə başa çatmışdır.