Bir eksponatın tarixi "Qafqaz Albaniyasının Yaloylutəpə tipli qabı"

18 fevral 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan biri olan “Qafqaz Albaniyasının Yaloylutəpə tipli qabı” mövzusunda mühazirə təşkil olundu. Mühazirə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tərəfindən keçirildi. Mühazirə zamanı Yaloylutəpə tipli qabın tarixindən geniş məlumat verildi.