“Ailə günü” adlı tədbirin proqramı
Əziz dostlar, sizi “Ailə günü” nə dəvət edirik!
Azərbaycan Xalça Muzeyi
29 aprel 2017, saat 11:00 – 19:00
“Ailə günü” adlı tədbirin proqramı
MÜSABİQƏLƏR
1. Məşhur memar Elçin Əliyevlə görüş – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən danışacaq. İştirakçılar Bakı-Abşeron abidələrinin rəsmini çəkəcək və Elçin müəllim tərəfindən seçilənən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılacaq.
Ekspozisiyanın III mərtəbəsi, kinozal. 11:00
2. “İstedad sənsən” müsabiqəsi (+7) – Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqə
Ödənişlidir: 3 AZN. Ekspozisiyanın III mərtəbəsi. 15:00-17:00
3. “Arzu ağacı” (+5) − Müsabiqə zamanı ən maraqlı rənglənən buta və ən fərqli arzunun sahibi növbəti “Ailə günü” proqramından istənilən bir proqrama pulsuz bilet qazanacaq.
Foye. 11:00-19:00
OYUNLAR
4. “Öz xalçanı yarat” kompüter oyunu (+6)
Ekspozisiyanın III mərtəbəsi. 11:00-14:00, 15:00-19:00
5. Xalça pazlını yığ (+10)
Ekspozisiyanın II mərtəbəsi. 11:00-19:00.
6. “Qrand bazar” masaüstü oyun. İştirakçıların sayı-10 nəfər
Ekspozisiyanın II mərtəbəsi. 15:00-17:00
ÖYRƏN VƏ ƏYLƏN
7. “Misgərlik sənəti. Xalçalarda ənənələr” mövzusunda tematik ekskursiyalar
(Azərbaycan, ingilis və rus dillərində)
Ödənişlidir: 3 AZN. Toplantı yeri: foye. 12:00 (AZ), 16:00 (İNG), 18:00 (RUS)
8. Batika sənəti üzrə mühazirə. Mühazirəçi: Azərbaycanın əməkdar rəssamı İnna Kostina
Sərgi zalı. 14:00
9. Nağıl saatı (+3) − uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət
Ekspozisiyanın II mərtəbəsi, Qarabağ otağı. 14:00
10. Kukla teatrı “Şəngülüm,şüngülüm,məngülüm” adlı tamaşa (+3)
Ödənişlidir: 3 AZN. Ekspozisiyanın III mərtəbəsi, kinozal. 14:00-14:45
11. HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixo-korreksiya metodikası olaraq ailə daxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması
Ekspozisiyanın I mərtəbəsi, kitabxana. 14:00-16:00
12. Azərbaycan cizgi filmlərini izlə (+3)
Ekspozisiyanın III mərtəbəsi, kinozal. 17:00-19:00
13. Özün rənglə (+3)
Ekspozisiyanın III mərtəbəsi. 11:00-19:00
USTAD DƏRSLƏR
14. Dekorativ əl işləri hazırla (+7) – burada iştirakçılara dekorativ çantalar,yumşaq oyuncaqları və digər aksesuarları hazırlamağı öyrədəcəklər. İştirakçıların sayı məhduddur – 40 nəfər. Ödənişlidir: 3 AZN. Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı. 11:00-12:00, 17:00-18:00
15. Yumşaq oyuncaqlar hazırla (+7)
İştirakçıların sayı məhduddur – 20 nəfər
Ödənişlidir: 3 AZN. Uşaq muzeyi şöbəsi. 11:00- 12:00
16. Dekorativ bəzək əşyası (+7) –saç aksesuarları
İştirakçıların sayı məhduddur – 40 nəfər
Ödənişlidir: 3 AZN. Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı. 11:00-12:00, 16:00-17:00
17. “Tilda” kuklası (+10)
İştirakçıların sayı məhduddur – 15 nəfər
Ödənişlidir: 8 AZN. Uşaq muzeyi şöbəsi. 15:00-17:00
18. Sehrli və gül açıqcaları (+7)
İştirakçıların sayı məhduddur – 45 nəfər
Ödənişlidir: 3 AZN. Ekspozisiyanın I mərtəbəsi, konfrans zalı. 12:00-13:00, 17:00-18:00
19. Gülməli papaqlar (+5)
İştirakçıların sayı məhduddur – 20 nəfər
Ödənişlidir: 3 AZN. Uşaq muzeyi şöbəsi. 17:00-18:00