Heydər Əliyev xatirələrdə.
Cari ilin 10 may tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycan xalqının qurucu dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi keçirdildi. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Tədbiri illər ərzində Heydər Əliyevin gördüyü mühüm işlərin canlı şahidi olan Məhəbbət xanım Mehdiyeva bu sozlərlə başladı:"
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı və dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.