Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzey könüllüləri” mövzusunda seminar

16 may 2017-ci il "Beynəlxalq Muzeylər günü"-ilə əlaqədar olaraq Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və Ìncəsənət Universitetinin "Muzeyşunaslıq" kafedrasının birqə layihəsi olan "Muzey könüllüləri" adlı seminar təşkil olundu.Tədbirin keçirilməsində məqsəd muzeyşunast tələbələrin bu sahədə yükskək təcrübə toplayaraq öz maraq dairələrinə uyğun olaraq qabiliyyətlərini nümayiş etdirmək və qələcəkdə könüllülər hərəkatının sıralarını artırmaqdan ibarətdi.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru – Şirin Məlikova, Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” kafedrasının müdiri – Yeganə Eyvazova, Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” kafedrasının dosenti – Elfira Məlikova, Azərbaycan Tarix Muzeyinin “Xarici əlaqələr və Elmi kütləvi iş” şöbəsinin elmi işçisi – Sahibə Ələkbərova, Azərbayca Xalça Muzeyinin baş mühafizi, sənətşünaslıq üzər fəlsəfə doktoru – Mira Məmmədxanova, Azərbaycan Xalça Muzeyinin “Mədəniyyət və Təhsil” şöbəsinin müdiri - Abbasova Aygün, Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” ixtisası üzrə I kurs magistr tələbəsi – Elnarə Kərimova çıxış etdilər.

Könüllülərin muzeydə təcrübə keçməsi üçün hazırlanmış iş proqramı üzrə onların müxtəlif şöbələr ilə əməkdaşlığı nəzərdə tutulur və bu sahədə yeni biliklərin əldə edilməsinə şərait yaradılır.