27 may 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində “Ailə günü” keçirildi.
“Ailə günü” tədbirinin keçirilməsində əsas məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaq və təbliğ etməkdir.
Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin inkişafı və tarixi ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak edib, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələrini hazırlayıblar.
Tədbir iştirakçıları üçün müxtəlif növ müsabiqələr, oyunlar, əyləncələr və ustad dərslər təşkil olunmuşdur. Müsabiqələrdən biri “İstedad sənsən” adlanır. Burada Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqələr keçirilir. Proqrama daxil olan digər əyləncələrə “Öz xalçanı yarat” kompüter proqramı, xalça pazlı, “Qrand Bazar” masaüstü oyunu, “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar, uşaq yazarı Gülzar İbrahimova ilə nağıl saatında uşaqlar müxtəlif nağıllar söylənilir. “HUMEL” psixologiya mərkəzi ilə birlikdə “Ailə gerbini yarat”, Azərbaycan cizgi filmlərinin nümayişi, “Özün rənglə”, həmçinin Kukla teatrında “Şəngülüm, şüngülüm, məngülüm” adlı tamaşa təqdim olunub. Həmçinin “Arzu ağacın” üzərində qonaqlarımızın arzuları yapışdırılır. Əgər arzu qeyri adidisə onda növbəti istənilən proqramda pulsuz iştirak edəcək. “Dekorativ əl işləri hazırla” proqramında iştirakçılar yumşaq oyuncaqlardan müxtəlif aksesuarlarla yanaşı həmçinin “Dekorativ bəzək əşyaların”dan saç aksesuarları da düzəltdilər.
Tədbirdə məhşur memar Elçin Əliyevlə görüş keçirildi. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olundu və ən yaxşı rəssamlar mükafatlandırıldı. Rəngli kağızlardan “Sehirli gül və açıqcalar”, “Gülməli papaqları” iştirakçılar tərəfindən böyük həfəslə hazırladılar.
Qeyd edək ki, “Ailə günü” hər ayın son şənbəsi – аçıq qapı günü təşkil olunur. Bu tədbir Azərbaycan Xalça Muzeyinin təhsil sahəsində təşkil etdiyi layihələrindən biridir.