Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin 1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş “Sabahın ulduzları ” adlı tədbir keçirilib
1 iyun 1950-ci il tarixində BMT –nin Baş Assambleyası tərəfindən “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunması qərara alındı.
Qərar “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı müzakirədən sonra öz təsdiqini tapdı. Beləliklə, dünyanın əksər ölkələrində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilir.
Bir çox beynəlxalq konvensiyalara qoşularaq fəal iştirak edən Azərbaycan da “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” geniş şəkildə qeyd edir.
Azərbaycan Xalça Muzeyi hər il olduğu kimi bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib.
1 İyun 2017- ci il tarixində saat 16:00-da Muzeyin qarşısında onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbirini keçirildi. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunub bayramda muzeyin Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu, həmçinin “Sən istedadsan” layihəsinin iştirakçısı olan Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdilər. Tədbirin bədii hissəsində Respublika Uşaq Yaradıcılıq Mərkəzi Təbəssüm rəqs qrupunun çıxışı, vokal musiqi kompoziyaları və şən klounlar, nağıl qəhrəmanları ilə viktorinalar keçirildi.
Azərbaycan Xalça Muzeyi
Ünvan: Mikayıl Üseynov pr-ti 28., Dənizkənarı Milli Park
Telefon: (012) 497-20-57
E-mail: mail@azcarpetmuseum.az