Azərbaycan Xalça Muzeyi “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb!
Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb.
2010-cu ildə yaradılmış “Mükəmməllik Sertifikatı 2017” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
Azərbaycan Xalça Muzeyinin “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülməsi Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.