Azərbaycan Xalça Muzeyi 50: Muzey əməkdaşlarının mükafatlandırılması
“Xəzinənin yeni inciləri” adlı sərginin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan xalça sənətinin təbliği işindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Xalça Muzeyinin bir qrup əməkdaşı təltif edilmişlər.
Mükafatları Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təqdim etdi.
Aygün Abasova və Yalçın Səlimov “Tərəqqi” medalı ilə təltif edildi.
Püstə Ağayeva, Təranə Məlikova və Rəma Zeynalova Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görüldülər.
Taryer Bəşirova Azərbaycan Respublikasının Əməkdar rəssamı, Asya Şirəliyevaya isə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adları verildi.