Bir eksponatın tarixi layihəsi - Şamaxı xalçası
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin kolleksiyasında saxlanılan, Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə xarici hərracda Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilmiş XVII əsrin sonu XVIII əsrin əvvəllərinə aid unikal “Şamaxı” xalçası ilə tanış olmağa dəvət edir. Sizi bu xalçanın tarixinə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ilə birgə səyahət etməyə dəvət edirik!
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
16 dekabr 2017-ci il, saat 14:00
Giriş sərbəstdir.