Azərbaycan Xalça Muzeyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Dekabrin 12-də Azərbaycan Xalça Muzeyinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər. Ulu Öndəri dərin hörmətlə anan Muzeyin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Eyni zamanda, Azərbaycan Xalça Muzeyində Ümummilli liderin anım günü ilə bağlı onun keçdiyi şərəfli həyat yoluna həsr olunmuş filmin nümayişi olub. Muzeydə gün ərzində multimedia vasitəsilə Ulu Öndərin həyat yolunun müxtəlif dövrlərini əks etdirən videoçarx da nümayiş olunub.