Azərbaycan Xalça Muzeyinin kollektivi 20 Yanvar faciəsi qurbanlarını andı
Azərbaycan Xalça Muzeyinin rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq müqəddəs Şəhidlər Xiyabanında uyuyan şəhidlərin xatirəsini dərin hörmətlə yad ediblər, onların məzarları üzərinə gül dəstələri qoyublar. Muzeyin kollektivi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Eyni zamanda, muzeydə bu gün “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm sərgisi nümayiş olunur. Sərgi yanvarın 21-dək davam edəcək.