Akademik Teymur Bünyadov - Azərbaycan Xalça Sənəti

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi muzeyin inkişafı və kolleksiyalarının tədqiqində əməyi olmuş tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadovun “Azərbaycan xalça sənəti” adlı mühazirəsinə dəvət edir. Mühazirədə Azərbaycan xalça sənətinin tarixi və Teymur Bünyadovun Azərbaycan Xalça Muzeyi ilə bağlı fəaliyyətindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
3 fevral 2018-ci il, saat 14:00
Giriş sərbəstdir.