Azərbaycan Xalça Muzeyinin əməkdaşı Rəma Zeynalova Beynəlxalq Muzeylər Şurasının (ICOM) Muzey İdarəçiliyi üzrə Beynəlxalq Komitəsinin (INTERCOM) illik konfransında iştirak etdi
2018-ci il 23-25 fevral tarixlərində Hindistanın Kəlküt şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Muzey İdarəçiliyi üzrə Beynəlxalq Komitəsinin (INTERCOM) illik konfransı keçirildi.
Konfransda 20 ölkədən (Azərbaycan, Danimarka, Böyük Britaniya, Yaponiya, Nepal, Banqladeş, Rumıniya, İtaliya, Hindistan, ABŞ və s.) 80 nümayəndə iştirak etdi.
Konfransda muzeyin əməkdaşı Rəma Zeynalova “Azərbaycan Xalça Muzeyi Azərbaycanda mədəni turizmi təşviq edən faktorlardan biri kimi” adlı məruzə ilə çıxış etdi. O, burada son illərdə ölkəmizdə turizmin axının artması, Azərbaycan Xalça Muzeyinin turistlər tərəfindən ən çox ziyarət edilən muzey olması və muzeyin fəaliyyəti haqqında məlumat verdi.
Konfrans çərçivəsində iştirakçılar Kəlküt şəhərində yerləşən Hind Muzeyini ziyarət etmiş,“Muzeylərin gələcəyi” mövzusunda təşkil edilmiş dəyirmi masada müzakirələr aparmış və muzeydə aparılan bərpa-konservasiya işləri ilə tanış olmuşdular.