Azərbaycan Xalça Muzeyinin direktoru "Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfransda çıxış edib

İyulun 10-da "Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, "Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradov, bir sıra rəsmi şəxslər, o cümlədən dövlət və hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, xalçaçı-rəssamlar iştirak ediblər.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Şirin Məlikova konfransda “Dövlət və muzey milli irsin keçiyində” mövzusunda məruzə ilə çıxış edib. O, öz çıxışında Xalça Muzeyində görülən işlər, muzeyin Azərbaycan xalçalarının beynəlxalq arenada tanıdılması istiqamətində fəaliyyətindəbn bəhs edib. Muzeyin beynəlxalq əməkdaşlığının genişlənməsindən, həm yaxın qonşu ölkələrlə, həm də bir sıra xarici ölkələrlə əlaqələrin qurulmasından danışıb. O, Xalça Muzeyinin timsalında dövlətimiz tərəfindən xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıdan söz açıb. Şirin Məlikova “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planından danışaraq, Xalça Muzeyinin bu istiqamətdəki fəaliyyətinə də toxunub.
Muzeyin direktorunun təqdim etdiyi məruzə və slayd-təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.