Uffizi Qalereyasının direktoru Hayke Şmidt Azərbaycan Xalça Muzeyində
İyulun 19-da Florensiyanın Uffizi Qalereyasının direktoru Hayke Şmidt Azərbaycan Xalça Muzeyi ilə tanış oldu.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova muzeyin kolleksiyası və fəaliyyəti haqqında ətraflı məlumat verdi.
Ekspozisiya ilə tanışlıqdan sonra muzey rəhbərləri gələcək əməkdaşlıq məsələləri və birgə layihələr haqqında fikir mübadiləsi apardılar.