Azərbaycan Xalça Muzeyinin direktoruna “Əməkdar mədəniyyət işçisi” fəxri adı təqdim olunub

Sentyabrın 19-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovaya “Əməkdar mədəniyyət işçisi” fəxri ad vəsiqəsi və döş nişanı təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. Şirin Məlikova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.