Azərbaycan Xalça Muzeyində “Dekorativ sənət və interyer” adlı beynəlxalq konfrans keçirilir
Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) ikibeynəlxalqkomitəsinin – Dekorativsənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı öz işinə başlayıb. Oktyabrın 12-dək davam edəcək konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edir.
Konfrans Azərbaycanın Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, ICOM, ICDAD və DEMHIST-in təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyivə “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.
Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək konfransın işinə və Milli Komitənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq bildiribki, dövlətimiz tərəfindən ölkəmizdə muzey işinə hərzaman böyük diqqət və qayğı göstərilir. Son illərərzində Prezident İlham Əliyev muzey işinin inkişafı ilə bağlı 15-dən çox sərəncam imzalayıb. O, bildiribki, ölkəmizdə 250-dən çox muzey fəaliyyət göstərir, yeni muzeylər açılır, mövcud muzeylərdə təmir, bədii tərtibat işləri aparılır, ekspozisiyalar yenilənir.
“Bu konfrans ev muzeylərimizin iş metodları, yeni yanaşmalarla tanış olmasına və xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacaq. Əminəm ki, konfransda genis müzakirələr, dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığımızın bundan sonarkı illərdə də təmin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürüləcək”, - deyə nazir müavini qeyd edib.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova komitənin fəaliyyəti barədə məlumat verib. O qeyd edibki, statistic göstəricilərə görə, ICOM Azərbaycan üzvləri 138 nəfərdir; 40 muzey və 20 təşkilatı birləşdirir. Milli Komitə ictimai təşkilat olaraq Azərbaycan muzeylərini, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir. “ICOM, ünsiyyət, məlumat və təcrübə mübadiləsi üçün ən yaxşı platformadır. ICOM platforması çərçivəsində bir çox beynəlxalq və yerli layihələr, əsasən təhsil layihələri həyata keçirdik. ICOM Azərbaycan nümayəndələri müntəzəm olaraq beynəlxalq icmaların illik konfranslarında məqalələrlə çıxış edirlər. Son üç ildə Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun gənc muzey əməkdaşları ICOM tərəfindən Çində, Gürcüstanda və Azərbaycanda təşkil edilən təlimlərdə iştirak ediblər“, -deyə İCOM-in Azərbaycan Milli Komitəsinin sədri vurğulayıb.
Muzeyin direktoru Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırıb. Şirin Məlikova müasir dövrümüzdə muzeylərin cəmiyyətdə oynadığı Roldan danışıb. Xalça Muzeyinin fəaliyyətinə diqqət çəkən muzeyin direktoru bu mədəniyyət ocağının tarixindən, fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb. O, qeyd edibki, rəhbərlik etdiyi muzey ötən il Tbilisidə keçirilən illik konfransda qeyri-maddi mədəni irs sahəsində Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına layiq görülüb. “Beləliklə, Azərbaycan Xalça Muzeyinin təcrübəsi dünya muzeylərinə nümunə kimi təqdim olunur”, - deyə Şirin Məlikova diqqətə çatdırıb.
ICOM-un prezidenti Suay Aksoy ölkəmizə ilk dəfə səfər etdiyini deyərək bildirib ki, Qafqaz region həm coğrafiyası, həm də mədəniyyəti və incəsənəti ilə çox zəngindir. O, deyibki, dünyada ətrafmühit, mədəni, iqtisadi və social dayanıqlıq baxımdan muzeylər mühüm rol oynayır.“ICOM-un işi güclü bir mənəvi məqsədə xidmət edir. Bu, müxtəlif insanlar və millətlərarasında bu əlaqələri yaratmaq və saxlamaqdan ibarətdir. Muzeylər qlobal dünya irsinin qorunmasında əvəzsiz yerdir. Muzeylər həmdə keçmişi başadüşməkdə bizə yardımçı olur”.
Tədbirdə ICDAD-ın prezidenti Helena Koenigsmarkova, DEMHIST-in prezidenti Elsa Rodrigues və digər çıxış edənlər konfransın əhəmiyyətini vurğulayaraq, bu tədbirin qarşılıqlı fikir mübadiləsi aparılması baxımından mühüm rol oynayacağını qeyd ediblər.
Konfrans məruzələrin dinlənilməsi ilə davamedib.
Tədbirdə, həmçinin YUNESKO-nun dəstəyi ilə üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2016-2017-ci illər üzrə iştirak proqramı çərçivəsində nəşr edilən, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın müəllifi olduğu “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr” adlı kitabın təqdimatı da keçirilib.