Azərbaycan Milli Xalça Muzeyi valideynləri və uşaqları yeni - "Art-Şənbə" layihəsində iştirak etməyə dəvət edir

Hər şənbə, saat 12.00-dan 16.00-dək muzeyimiz istənilən yaşda məktəblilər üçün əhatəli və müxtəlif mədəni proqram təşkil edir.
Muzeydə keçiriləçək tematik ekskursiya uşaqlara Azərbaycan xalçaçılıq sənətinin tarixini vizual şəkildə nümayiş etdirəcək. Məşhur uşaq yazarından nağıllar dinləmək iştirakçıları xalq folkloruna daha da yaxın edəcək. Müxtəlif dekorativ sənət növləri üzrə (seçimə görə) ustad dərsləri isə, uşağın yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verəcək. Uşaqlar kiçik xalça toxumaq, tikmə yaratmaq və ya yumşaq oyuncaq tikməyi öyrənəcəklər.
13.00-dan 13.30-a qədər balaca qonaqlara qəlyanaltılar təqdim olunacaq.