“Qədim xalq boyama üsulları” mühazirəsi
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dekorativ-tətbiqi sənət" kafedrasının baş müəllimi Əkbər Nağıyevin “Qədim xalq boyama üsulları” mühazirəsinə dəvət edir.
Mühazirədə xalçaçılıq sənətinin ayrılmaz hissəsi olan boyaqçılığın tarixi, boyama üsulları, bu sahədə istifadə olunan boyaq bitkiləri, maddələr və boyaqçılığın bugünkü inkişafından bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
1 dekabr 2018-ci il, saat 14:00
Giriş sərbəstdir