Zərgərlik sənəti: Ənənə və müasirlik
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının baş müəllimi Şahin Əlipənahovun “Zərgərlik sənəti: Ənənə və müasirlik” mühazirəsinə dəvət edir.
Mühazirədə Azərbaycan zərgərlik sənətinin tarixi, bəzək məmulatlarının növləri, hazırlanma texnikaları və müasir dövrdə inkişafı haqqında bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
22 dekabr 2018-ci il, saat 14:00
Giriş sərbəstdir