Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan Xalça Muzeyinin kollektivi başda muzeyin direktoru Şirin Məlikova olmaqla ulu öndər Heydər Əliyevin xatirə günü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulub, müasir Azərbaycan dövlətinin memarı olan dahi rəhbərə dərin hörmət və ehtiram ifadə edilib.
Anım günü ilə əlaqədar Azərbaycan Xalça Muzeyində Heydər Əliyevin milli incəsənətimizə, xüsusilə də xalça sənətinə həm sovet, həm də müstəqillik illərində göstərdiyi əvəzsiz xidmətlərini işıqlandıran foto-materiallar təqdim olunur.
Onun siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi ilə yanaşı, həssas qəlbi, ziyalı mövqeyi, incəsənətə olan marağı dahi şəxsiyyət olduğunu bir daha sübut edir. Azərbaycan incəsənətinə göstərdiyi diqqət və sevgi onun layiqli davamçıları – ölkəmizin Prezidenti İlham Əliyev və Birinci Vitse-prezidenti Mehriban Əliyevanın apardığı uğurlu siyasi kursun ayrılmaz hissəsidir.
Ulu öndərin əziz xatirəsi daim bizim ürəklərdə yaşayacaqdır!