Azərbaycan Xalça Muzeyinin kollektivi Tahir Salahovun sərgisi ilə tanış oldu
Azərbaycan Xalça Muzeyinin kollektivi SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, bir çox beynəlxalq və dövlət mükafatları laureatı, Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş Bakı Expo Mərkəzində keçirilən sərgisi ilə tanış oldu. Sərgidə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edən əsərləri təqdim olunur.
Muzey əməkdaşları ilə söhbətində Tahir Salahov Azərbaycan Xalça Muzeyi ilə bağlı müsbət fikirlərini bölüşdü. Qeyd edək ki, muzey ekspozisiyasında rəssamın xalça əsərləri qorunur və cari ilin may ayında onun portret xalçalarından ibarət sərgisi keçirilmişdir. Xalça muzeyinin kollektivi isə öz növbəsində yubilyarı təbrik edərək sərgi haqqında xoş təəssuratlarını bildirdi.