“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri”
16-19 noyabr 2019-cu il tarixlərində Azərbaycan Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans keçiriləcək. Konfransın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur.
Konfrans Azərbaycan Xalça Muzeyinin təsisçisi, Azərbaycanın Xalq rəssamı, xalçaçılıq sənətinin əvəzolunmaz ustası, tədqiqatçı Lətif Kərimovun ad günü və ənənəvi Azərbaycan xalça sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi tarixlərinə həsr olunur.
Konfrans iki gün davam edən akademik sessiyalardan, bir günlük ustad dərsləri və mədəni proqramdan ibarət olacaqdır.
İştirak üçün ərizə haqqında daha ətraflı məlumat burada