“Çiçəklənən Azərbaycan”
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan şüşədən hazırlanmış “Çiçəklənən Azərbaycan” dekorativ kompozisiyanın tarixinə səyahət etməyə dəvət edir. Bu səyahətdə bələdçimiz əsərin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının baş müəllimi Tahir Rəsulov olacaqdır.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
23 fevral 2019-cu il, saat 14:00
Giriş sərbəstdir