“Namazlıq xalçaları: ulu ənənələrimizin güzgüsü"

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi muzeyin Xalça və dekorativ-tətbiqi sənəti üzrə konservasiya, bərpa və proflaktik nəzarət şöbəsinin müdiri Dürdanə Qədirovanın “Namazlıq xalçaları: ulu ənənələrimizin güzgüsü mühazirəsinə dəvət edir.
Mühazirədə namazlıq xalçalarının yaranma tarixi və həmin xalçalardakı təsvirlərin genezisindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
2 mart 2019-cu il, saat 14:00
Giriş sərbəstdir