Xocalıya ittihaf
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Xalça Muzeyinin əməkdaşları Xocalı Parkında yerləşən “Ana fəryadı” abidəsini ziyarət etmişlər.
Muzeyin özündə isə bu kədərli tarixlə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin hazırladığı “Xocalı” dramatik tamaşası və Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin işlərindən ibarət eyni adlı sərgi təqdim olunmuşdur.
Bu bu günlərdə Litva Respublikasının www.slaptai.lt saytında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın “Qarabağın karmin qızılgülləri” məqaləsi dərc olunmuşdur. Məqalə muzeyimizin eksponatlarından biri – “Bağçada güllər” xalçasına həsr olunub. Həmin xalça erməni işğalçıları tərəfindən Qarabağdan talan edilmiş və Los-Anjeles şəhərində “antik erməni xalçası” adı altında satışa çıxarılmışdır. Həmvətənimiz Elşad Tahirovun səyləri nəticəsində xalça öz Vətəninə qaytarılmış və Azərbaycan Xalça Muzeyinin daimi ekspozisiyasında layiqli yerini tutmuşdur. Şirin Məlikova öz məqaləsində bu əsərin tarixindən əlavə, erməni vandalizmini və Azərbaycanın mədəni sərvətlərinin mənimsənilməsini sübut edən digər faktları da nəzərə çatdırır.