“Tekstil kolleksiyalarının qorunmasında konservatorun rolu” mühazirəsi

Əziz dostlar və sənətsevərlər!
Sizi Azərbaycan Xalça Muzeyinin "Xalça və dekorativ-tətbiqi sənəti üzrə konservasiya, bərpa və proflaktik nəzarət" şöbəsinin aparıcı elmi işçisi Dilavər Kərimovanın “Tekstil kolleksiyalarının qorunmasında konservatorun rolu” mühazirəsinə dəvət edirik.
Mühazirədə muzeyin tekstil kolleksiyalarında aparılan konservasiya və bərpa işlərində tətbiq olunan üsullardan bəhs ediləcək. Həmçinin tekstil əşya üzərində konservasiyanın aparılma qaydası əyani olaraq nümayiş etdiriləcək və iştirakçılar bu prosesi izləmək imkanı əldə edəcəklər.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
13 aprel 2019-cu il, saat 14:00
Giriş sərbəstdir