Muzeyin direktoru Brest şəhərində keçirilən iclasda çıxış etdi
Muzeyin direktoru Brest şəhərində keçirilən iclasda çıxış etdi
Aprel ayının 5-də Belarusiyanın Brest şəhərinin 1000 illiyi ilə əlaqədar olaraq, həmçinin Brestə MDB ölkələrinin mədəni paytaxtı adı verilməsi və sertifikatın təqdim olunması münasibətilə şənliklər keçirilmişdir. Bütün MDB ölkələrinin nümayəndələrinin iştirakı ilə baş tutan dəyirmi masada Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova çıxış etmişdir. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində gəlmişdir. Şirin Məlikova Azərbaycanın tarixi, memarlıq və mədəni sərvətlərinə həsr olunmuş “Azərbaycan müasir mədəni məkanda” adlı məruzə ilə çıxış etmişdir.