“Tərəkəmə həyat tərzi” mühazirəsi

Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi ​ tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Tərəkəmə həyat tərzi” mühazirəsinə dəvət edir.
Mühazirədə tərəkəmə həyat tərzi, onların yaşayış evləri, qışlaq və yaylaq məskənləri, alaçıq və qazmalar, həmin evlərin aksessuarları arxeoloji və etnoqrafik mənbələr əsasında təqdim oluncaq. Mühazirəçiyə maraqlı suallar təqdim edən iştirakçılara onun müəllifi olduğu “Azərbaycanda tərəkəmə obaları” kitabı hədiyyə olunacaqdır.
Mühazirə​ Azərbaycan​ dilində​ aparılacaq.
Azərbaycan​ Xalça​ Muzeyi
4 may 2019-cu il, saat 14:00
Giriş sərbəstdir