Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş “Həsrət” adlı anım tədbiri

Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş “Həsrət” adlı anım tədbiri
Qarabağ və onun baş tacı sayılan Şuşanın işğalından daha bir il ötür. Azərbaycan Xalça Muzeyi və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəlbəcər, Laçın və Şuşa rayonlarının işğalı günlərinə həsr olunmuş “Həsrət” adlı tədbir keçiriləcək. Tədbirdə Şuşa Milli Musiqili Dram Teatrının hazırladığı Qarabağ və ətraf rayonların işğalı zamanı faciə yaşamış və yurd-yuvalarından didərgin düşmüş insanlara həsr edilmiş “Həsrət” adlı musiqili ədəbi-bədii tamaşa təqdim olunacaq.
Tədbir Azərbaycan Xalça Muzeyində 7 may 2019-cu il saat 12:00-də keçiriləcək. Giriş sərbəstdir.