Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir

Azərbaycan Xalça Muzeyi və Yeni Azərbaycan Partiyasının Səbail rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
İlk öncə Azərbaycan Xalça Muzeyinin kollektivi Fəxri Xiyabanda ulu öndərin məzarınl ziyarət etdi.
Daha sonra Azərbaycan Xalça Muzeyində tədbir proqram üzrə davam etdirildi. Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi, YAP Səbail rayon şöbəsinin üzvləri, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri və şəhərimizin muzey ictimaiyyəti iştirak etdilər.
Tədbirin rəsmi hissəsində ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova və Yeni Azərbaycan Partiyasının Səbail rayon şöbəsinin sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev tərəfindən geniş məlumat verildi. Şirin Məlikova öz çıxışında milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin inkişafı sahəsində həyata keçirdiyi irimiqyaslı işlər, bu gün ölkəmizdə xalçaçılıq sənətinin qorunub-yaşadılması və gələcək nəsillərə çatdırılması işində onun layiqli davamçıları – ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məlumat verdi.
Professor Şəmsəddin Hacıyev Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın sosial-iqtisadi sahəsinin inkişafından danışdı.
Qonaqlar həmçinin 1985-ci ildə Azərbaycan Xalq rəssamı Kamil Əliyevin yaratdığı Heydər Əliyevə həsr olunmuş gözəl portret xalça ilə tanış oldular. Bu əsərdə liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan böyük şəxsiyyət Heydər Əliyevin mükəmməl obrazı təsvir olunmuşdur.
Tədbirin bədii hissəsində Ulu Öndərin sevdiyi mahnılar Əməkdar artist Şahin İsmayılov və Rövşən Qəhrəmanov tərəfindən ifa olundu.