“Bağ” adlı qobelenin tarixinə səyahət
Əziz dostlar və sənətsevərlər!
Azərbaycan Xalça Muzeyi sizi “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan “Bağ” adlı qobelenin tarixinə səyahət etməyə dəvət edir. Bu səyahətdə bələdçimiz əsərin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalça sənəti" kafedrasının professoru Tamilla Məmmədova olacaqdır.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
11 may 2019-cu il, saat 14:00
Giriş sərbəstdir