Balışüzü

Əziz dostlar!
 
Sizə “Xalça məmulatları” kolleksiyamızdan növbəti eksponatı-balışüzünü təqdim edirik. ​
 
BALIŞÜZÜ.​ Məişətdə istifadə olunan xalça məmulatlarından biri də balışüzüdür. Yastığa​ keçirilən balışüzü kətan, ipək və s. materiallardan hazırlanmaqla yanaşı, həm də xalça toxunuşlu olurdu.
 
Balışüzü. Şirvan, Azərbaycan. XX əsrin əvvəli.
Əriş, arğac, naxış ipi – yun.
Keçirtmə, dolama texnikası.
İnv. № 3359