“Yelek” növlü kişi jileti. Belqrad ətrafı, Serbiya. XX əsrin I yarısı. Keçə, qaytan. Oturtma.

Əziz dostlar, Sizə muzeyimizdəki “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi”ndən növbəti eksponatı təqdim edirik. “Yelek” növlü kişi jiletinin ön və arxa hissəsinin aşağısı üçbucaq və dairə naxışları ilə bəzədilib. Serb geyimlərində üçbucağın ornamental təsviri tez-tez rast gəlinən dekorativ motivdir. Qeyd edək ki bu, serb incəsənətində təsiri duyulan Aralıq dənizi mədəniyyətlərində simvolik elementlərdən biri olmaqla “talisman” rolunu oynayır və bəd-nəzərdən qoruyurdu. Xatırladaq ki, 16 oktyabradək davam edəcək sərgidə maraqlı eksponatlarla yanaşı, tematik ekskursiyalar və ustad dərsləri də təşkil olunur. Odur ki, Serbiya ənənəvi geyim nümunələrinin nümayiş olunduğu sərgiyə baş çəkməyi unutmayın. “Yelek” növlü kişi jileti. Belqrad ətrafı, Serbiya. XX əsrin I yarısı. Keçə, qaytan. Oturtma. Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyası