Dеkоrativ pannо “Məhsul yığımı”.

Əziz dostlar,

Artıq payız mövsümünü yaşayırıq. Əcdadlarımız ənənəvi olaraq bu fəsildə məhsul bayramı qeyd etmişlər. Məhsuldarlıq mövzusu sənət əsərlərimizin də əsas mövzularından olmuşdur. Bu rubrikada təqdim edəcəyimiz növbəti əsər kolleksiyamızda qorunub saxlanılan “Məhsul yığımı” dekorativ pannosudur. Əli Pariyabın müəllifi olduğu bu pannoda dörd gənc, incə siluetli xanımlar bol üzümlü tənəklərdən məhsul toplayırlar. Əsər kompozisiyaya xas olan milli kolorit, ahəngdar rəng həlli və ifadəli formaların harmoniyası ilə işlənmişdir.

Dеkоrativ pannо “Məhsul yığımı”. Müəllif: Əli Pariyab, Azərbaycan. 1980-ci il. Ağac, sümük, mеtal. İnkrustasiya, döymə. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası