Məfrəş. Gəncə, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac – yun. Keçirtmə, dolama.

Ötən il muzeyimizin “Xalça məmulatları” kolleksiyası daha bir məfrəşlə zənginləşib.

Məfrəş qədimdən xalqımızın gündəlik həyatında geniş istifadə edilən məişət əşyasıdır. Bu xalça məmulatı qızlara cehiz verilər, evlərdə sandıq kimi istifadə edilər, yarımköçəri əhali onunla dağdan arana və ya arandan yaylağa köç zamanı yük daşıyardı. Rənglərin muncuq kimi ahəngdar düzülüşü, ümumbəşəri semantik məna daşıyan qarmaq, romb naxışlarının rapport şəklində yerləşdirilməsi məfrəşin bədii və texniki cəhətdən mükəmməlliyini göstərir.

Məfrəş. Gəncə, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac – yun. Keçirtmə, dolama.

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası